İyunun 10-u saat 23 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun odlu silahdan açılan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir rayon prokurorluğunun BUTA.TV-a verilən xəbərə görə, aparılmış araşdırma zamanı 1968-ci il təvəllüdlü Cümşüd İslamovun aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi odlu silahdan atəş açmaqla Müşfiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cümşüd İslamov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var