Ukraynanın gözlənilən əks-hücum əməliyyatı başlayıb. Qərb mediasında (misal üçün “Forbes”, “Bild” və s.) Ukrayna ordusunun ilkin mərhələdə istənilən uğuru əldə edə bilmədiyi iddiaları irəli sürülür, əgər bu doğrudursa, normal hesab edilə bilər, çünki onlar rusların möhkəmlənmiş müdafiə xəttinə qarşı vuruşurlar.
Ümumiyyətlə, Ukrayna müharibəsinin hərbi nəticələri ilə bağlı qeyri-müəyyənlik əvvəldən olub, hər iki tərəf öz mövqeyinə uyğun informasiya tirajlayır, Qərb mediası da bu məsələdə iki hissəyə bölünüb. Bu baxımdan, nəzərəçarpacaq nəticə olmadığı müddətdə yayılan informasiyalara inam azdır.
Əks-hücumun nəticəsindən çox şey asılıdır: Qərbin Kiyevə dəstəyinin davam etdirilməsi, mümkünlüyü sual altında olsa da, qurulacaq danışıqlar masasında tərəflərin mövqeləri arasındakı balans, o cümlədən, təkcə Ukraynanın yox, bütöv regionun da taleyi…
Uzunmüddətli və ağır döyüşlər olacağı məlumdur. Və Ukrayna cəbhəsində baş verənlər Qarabağdakı proseslərin inkişafına da təsir edən amildir. Çünki Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda irəliləyişlərə nail oldu. Əks-hücum əməliyyatının başlanması bu kontekstdə bizim üçün yeni imkanlar açır və istisna deyil ki, Ukrayna cəbhəsində döyüşlər şiddətləndikcə, rəsmi Bakı Qarabağdakı mövqelərini də irəlilədə bilər.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var