Naxçıvana gedən rabitə yollarına Ermənistan ərazisində Rusiya Federasiyası FTX-nin sərhədçiləri tərəfindən nəzarət edilməsinə dair razılıq əldə olunmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisindən məlumat verilib.
“Üçtərəfli İşçi Qrupunun müzakirələrində, o cümlədən sonuncu görüşdə belə bir razılaşma olmayıb. Ermənistanın mövqeyi belədir ki, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinə əsasən baxılan marşrutlar ərazisindən keçən ölkənin suverenliyi altında olmalıdır”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev “Baku-Moskva” nəşrinə açıqlamasında Zəngəzurdan keçən yolun Rusiya FTX-nin nəzarəti altında olacağını bildirib. Bu, əslində Azərbaycanın mövqeyi deyil, 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndində nəzərdə tutulub. Ermənistan isə bu bəndin tələbindən imtina edir.
- ABB-nin AI-nur və AI-khanı - 1 milyondan çox qarşılıqlı ünsiyyət
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı
- Tiflisdə azərbaycanlı qızın meyiti tapıldı - Foto
- Bakıda bir sotu 2 milyon manat torpaq... - Video
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video