“Qərbyönlü” siyasət yeritdiyi haqda görüntü yaradan “demokrat” Nikol paşinyanın idarə etdiyi Ermənistanda son bir ildə Rusiya FTX və Müdafiə Nazirliyi 7 hərbi baza tikib.
BUTA.TV xəbər verir ki, yeni tikilən hərbi bazaların görüntülərini “Papirus” Teleqram kanalı yayıb.
Görüntülərdə bu bazaların xüsusilə Azərbaycan sərhədinə yaxın, Qərbi Zəngəzurda olması da diqqət çəkir.
Qeyd edək ki, Rusiyaya tənqidləri ilə gündəmə gələn Paşinyan hakimiyyəti hazırda Rusiyanın sanksiyaları dəlməsində müstəsna rol oynayır və bu xidmətləri müqabilində milyardlar qazanır. Bu barədə ABŞ başda olmaqla, Qərb ölkələri dəfələrlə açıqlama yaysa da, hələlik Ermənistana sanksiya gündəmə gətirilmir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var