Kiyev qüvvələrinin böyük əks-hücuma keçməsi ilə Ukraynanın cənub-şərqində gərgin döyüşlər davam edir. Görünür, Ukrayna qüvvələri möhkəmləndirilmiş mövqelərdə yerləşdirilmiş rus bölmələrinin şiddətli müqaviməti ilə qarşılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Vaşinqton Post" nəşri yazıb.
Ukraynanın Şərq komandanlığının sözçüsü Sergey Çerevatıyın sözlərinə görə, bəzi ərazilərdə Ukrayna qüvvələri rus qoşunlarının rotasiyasından istifadə edə bilib, belə ki, "Vaqner" döyüşçüləri nizami rus qoşunları ilə əvəzlənib.
“Daxil olan bölmələr ərazini hələ tam tanımayıb, müvafiq kəşfiyyat və koordinasiya aparmayıb, biz zərbələr endirmişik və bir neçə gündür ki, hücum əməliyyatları aparırıq", - sözçü qeyd edib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var