İyunun 10-da axşam saatlarında Bakı-Quba yolunda "Mersedes" markalı yük avtomobili aşıb.
BUTA.TV xəbər verir ki, yolun Sumqayıt ərazisindən keçən hissəsində baş verən qəzada avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və Dövlət Yol Polisi əməkdaşları gəliblər.
Hadisə şahidlərinin sözlərinə görə, "Mersedes" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan yük maşını ilə toqquşduqdan sonra idarəetməni itirib və yolun kənarındakı dərəyə aşıb.
Faktla bağlı araşdırma aparılır.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var