Ermənistan Baş naziri Nikol Paşinyan İrəvandakı açıqlamalarında ermənilərin Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamının qalmadığını deyərkən, Kreml sahibi Vladimir Putinlə görüşdə nə dərəcədə inandırıcı ola bilər?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu Paşinyanla Putin arasında Soçidə keçirilən görüş haqda qeyd edib.
“Paşinyan yenə Putinə yalvarıb ki, Bakını durdurun, yoxsa Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçəcək. Bu Putini çoxmu narahat edir? Əlbəttə, Putin Ukrayna bataqlığının içərisində olmasaydı, o, erməni separatizmini ayaqda tutmağa daha çox çalışardı, ancaq hazırki şərtlər altında Kreml sahibini düşündürən fərqli mövzular var. Buna baxmayaraq, Nikol Paşinyan ermənilərə göstərmək istəyir ki, o, Qarabağ və Laçın yolunda sərhəd-keçid məntəqəsi mövzusunu gündəmdə saxlamağa çalışır. Ancaq ermənilər də anlayırlar ki, Paşinyan bir neçə stulda oturmağa çalışarkən, durumu Ermənistanın və separatçıların xeyrinə dəyişə bilməyəcək”, - o bildirib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var