Kanada Baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı Ukraynaya növbəti hərbi yardım paketini elan edib.
BUTA.TV xəbər verir ki, Kiyevdə Zelenski ilə keçirdiyi brifinqdə Trüdo Kanadanın Ukraynaya 500 milyon Kanada dolları (təxminən 373 milyon ABŞ dolları - red.) məbləğində yeni hərbi yardım paketi barədə razılığa gəldiyini bildirib.
Qeyd olunub ki, hərbi yardım paketinə hava hücumundan müdafiə üçün 288 AIM-7 raketləri, 105 mm kalibrli 10 min mərmi daxildir.
Bundan əlavə, 122 “Roshel” zirehli maşının təhvil verilməsi yaxın həftələrdə tamamlanacaq.
Trüdo həmçinin qeyd edib ki, Kanada ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək və təyyarələrə texniki xidmət göstərmək üçün əlindən gələni edəcək.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var