TRT-nin baş direktoru Zahid Sobacı CHP lideri Kamal Kılıçdaroğlunun telekanal haqqında işlətdiyi fikirlərə cavab verib.
BUTA.TV xəbər verir ki, baş direktor bu barədə Tvitter hesabında yazıb.
“TRT ölkənin hər yerində izlənilən, dünyaya səslənən güclü Türkiyə markasıdır. Seçki prosesləri zamanı ağır böhtanlara məruz qalsaq da, səsimizi çıxarmadıq. Türkiyəni və dəyərlərimizi ön planda tutan, yayımlarımızı yüksək qiymətləndirən kəndlilərimizə hörmətlər”, - Z.Sobacı bildirib.
Qeyd edək ki, K.Kılıçdaroğlu qatıldığı verilişdə kənd yerlərində səslərin aşağı düşməsini TRT ilə əlaqələndirib:
“Kənd yerlərinə vaxtında çatıb, özümüzü kifayət qədər izah edə bilmədik. Buradakıların çoxu yalnız TRT-yə baxır”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var