Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində 27 nəfər itkin düşmüş hesab olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.
“Xerson vilayətində 47 yaşayış məntəqəsi su altında qalıb, onlardan 33-ü Ukraynanın nəzarətində olan ərazidə, 14-ü isə müvəqqəti işğal altında olan ərazidədir. 2 620 nəfər təxliyə edilib, onlardan 160-sı uşaqdır.
Nikolayev vilayətində isə 31 yaşayış məntəqəsi su altında qalıb. 936 nəfər, o cümlədən 167 uşaq təxliyə edilib. Bir nəfər isə ölüb”, - nazir bildirib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var