2023-cü il üçün hazırlıq planına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutun 4-cu kursunun kursantlarının iştirakı ilə keçirilən "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.
Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Mərasimdə Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar çərçivəsində peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunması və bu prosesin həyata keçirilməsində "Komando hazırlığı kursu"nun əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Qeyd edək ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var