Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger atasının nasist olduğunu və Leninqradın blokadasında iştirak etdiyini etiraf edib.
Kult.az xəbər verir ki, bu barədə aktyor "Netfliks"in yeni "Arnold" sənədli filmində bildirib.
75 yaşlı Şvartsenegger Avstriyanın kiçik Tal kəndində qardaşı Meinhardla birlikdə böyüdüyünü söyləyib:
“Bizim tərbiyəmiz çox çətin olub. Evdə çox zorakılıq olub. Valideynlərimiz bizi döyürdülər”.
Arnold anası Ana Aureliyanın "təmizlik fanatiki" olduğunu, atası Qustavın da II Dünya müharibəsi zamanı nasist funksioneri olduğunu bildirib. Vermaxtda xidmət edib və Leninqrad yaxınlığındakı cəbhədə yaralanıb:
"Digər nasist əsgərləri kimi o da müharibədən sınıq-salxaq qayıdıb. Ola bilsin ki, o, travma sonrası stress pozğunluğundan və depressiyadan əziyyət çəkirdi".
Onun sözlərinə görə, ata uşaqları kəmərlə döyür və tez-tez açıq şəkildə şizofrenik davranış nümayiş etdirirdi.
Uşaqlıqda qardaşlar evə kimin qayıdacağını bilmirdilər: “yaxşı ata”, yoxsa “sərxoş ata”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var