İsrail İranın nüvə proqramının inkişafının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız hərbi varianta müraciət etmək istəyi ilə birləşdirildikdə işləyə bilər. İran açıq şəkildə Holokostu təkrarlamaq və İsraildə altı və ya yeddi milyon yəhudini məhv etmək öhdəliyi götürür. Biz səssiz qalmaycağıq. Onlara bunu etməyə icazə verməyəcəyik. Əgər ayətullahlar bizi nüvə soyqırımı ilə hədələyə biləcəklərini düşünürlərsə, yanılırlar. Özümüzü qorumaq üçün nə lazımdırsa, edəcəyik”, - o bildirib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var