Son sutka ərzində Ukrayna ordusu cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatları həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumata görə, Ukrayna iyunun 4-dən başlayaraq davam edən əks-hücum çərçivəsində cəbhənin ən azı üç sektorunda müxtəlif nəticələrlə əməliyyatlara davam edir:
“Ukrayna qoşunları Baxmut istiqamətində müdafiədən hücuma keçib və şəhərin cinahlarında 200 metrdən iki kilometrə qədər irəliləyib. İyunun 7-dən 8-nə keçən gecə Zaporojye vilayətinin qərbində məhdud, lakin hələ də əhəmiyyətli bir hücum həyata keçirilib.
Rusiya qüvvələri isə bu hücumdan doktrinal olaraq özlərini müdafiə edib və iyunun 8-dən etibarən ilkin mövqelərini bərpa ediblər. İyunun 8-də Ukrayna hərbçiləri Qərbin verdiyi hərbi maşınları da itiriblər”.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın hücumuna xarakterik olmayan koordinasiya ilə cavab verib. Nazirlik Cənub Hərbi Dairəsinin bölmələrini hücumu dəf etmək, itirilmiş mövqeləri bərpa etməkdəki fəallığına görə tərifləyib.
Qeyd olunur ki, Ukrayna 12 xüsusi əks-hücum briqadası yaradıb:
“Ukrayna əks-hücum əməliyyatları üçün mövcud olan böyük qüvvələr fondunun yalnız bir hissəsini işə salıb. Kiyev əks-hücumu çox güman ki, müxtəlif ölçülü hadisələrdən ibarət olacaq. Daha çox yerli hücumlara üstünlük veriləcək”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var