İbtidai siniflərə qəbul zamanı uşaqlar imtahana cəlb edilmirlər. Yalnız rus dilində ibtidai təhsil almaq istəyən uşaqların dil biliyi yoxlanılır.
BUTA.TV xəbər verir ki, bu fikirləri QHT.az açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib.
O vurğulayıb ki, rus dilində ilkin biliklər olmadıqda gələcəkdə mövzuların öyrənilməsi uşaqlar üçün çətinlik yaradır:
"Həmçinin, bu tələb Təhsil Nazirliyinin xüsusi istəyi yox, “Ümumi təhsil haqqında” Qanunun tələbidir. Anlayıram ki, təhsil geniş sahədir və burda da müəyyən problemlər var. Amma bu və ya digər məsələ haqqında yayılan məlumatın doğruluğu və səhihliyi olduqca önəmlidir.
Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən yeni layihələr həyata keçirilir. Bu layihələrin ictimai müzakirəsini də təşkil edə bilərik.
İbtidai siniflərə qəbul zamanı uşaqların imtahana cəlb edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir" - deyə ictimai şura sədri bildirib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var