Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır və ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə 12 iyunda Vaşinqtonda nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması ilə bağlı deyib.
“Bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”, - o əlavə edib.
Qeyd edək ki, bundan öncə Ermənistan XİN Vaşiqntonda nəzərdə tutulan görüşün Azərbaycan XİN-in xahişi ilə təxirə salındığı haqda məlumat yaymışdı.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var