Rusiyada ilk dəfə olaraq Çinin hərbi texnikası görünüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Military and Defense Express” məlumat yayıb.
“Belə ki, iyunun 6-da Çeçenistan rəhbəri Ramzan Kadırov “Əhməd” xüsusi təyinatlılarının bölməsinin yeni hərbi texnika partiyasını qəbul etməsi ilə öyünən bir video yayımlayıb. Analitiklər kadrlarda səkkiz “Çin Tiger” zirehli avtomobilini qeydə alıblar. İlk dəfədir ki, Çin texnikası Rusiya qoşunlarının silahlanmasında görünür”, - məlumatda qeyd edilib.
“Oryx” analitik layihəsi rusların “Çin Tiger” maşınlarını aldığını təsdiqləyib.
Məqalədə bildirilib ki, Çin avtomobillərinin Rusiyaya necə gəldiyi hələ məlum deyil. Bu, Pekinin bilmədiyi üçüncü ölkələr və ya birbaşa tədarüklər yolu ilə baş verə bilər.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var