Makron Fransanın ən pis prezidentidir. Nikola Sarkozi daha yaxşısını edərdi və Fransua Olland yəqin ki, daha çox dinləyərdi. Makron hər şeyi özü həll edir, qapalıdır.
BUTA.TV xəbər verir ki, bunu Fransadakı Müstəqil deputatlar və xarici ərazilərin nümayəndələri qrupunun sədri Bertran Pançe deyib.
Makronu qapalı düşüncə tərzinə və hər şeyi təkbaşına həll etdiyinə görə tənqid edən Pançe qeyd edib ki, ötən gün Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet gözlənildiyi kimi, 64 yaşında pensiyanın ləğvini nəzərdə tutan 1-ci maddəyə edilən düzəlişləri rədd edib:
“Əvvəllər heç vaxt parlament qrupu tərəfindən dəstəklənən mətn assambleya tərəfindən rədd edilməmişdir”.
O, Fransada hökumət dəyişikliyindən də açıq şəkildə danışıb:
“Biz etimadsızlıq səsverməsi etdiyimiz gün Fransa hökumətini həqiqətən də dəyişəcəyik”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var