Azərbaycan Ermənistan sərhədinə qədər dəmiryol tikintisini yekunlaşdırmaq üzrədir. Ermənistan isə ərazisindəki 44 kilometrlik məsafədə heç bir iş görməyib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın rusiyalı həmkarı Mixail Mişustinlə Soçidə görüşü zamanı “Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyiş var” sözləri haqda qeyd edib.
Politoloq bildirib ki, söz, vəd verilir, real irəliləyiş isə nəzərə çarpmır:
“Yəni yaxın günlərdə hər hansı sənəd imzalansa belə, bu, dəhlizin qısa müddətdə açılacağı anlamına gəlmir. Digər tərəfdən İrəvan dəmir yolunun bərpası üçün öz maliyyəsini xərcləməyəcək, borc istəyəcək. Bu da vaxt itkisinə səbəb olacaq”.
Qeyd edək ki, Paşinyan Mişustinlə görüşdə nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alındığını və bundan çox məmnun olduğunu, Ermənistan hökumətinin son iki il ərzində işləyib hazırladığı “kompromislərdən ibarət” təkliflərinin qəbul olunacağına ümid etdiyini bildirib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var