Bu gün Türkiyə Böyük Millət Məclisinə yeni sədrin seçilməsi ilə bağlı səsvermə keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Şərtlərə görə, yeni sədrin seçilməsi üçün seçkinin ilk iki turunda 400 səs lazımdır. Əgər bu səsi qazanan olmasa, 3-cü turda adi səs çoxluğu ilə sədr seçiləcək.
AKP və MHP tərəfindən sədrliyə Numan Qurtulmuşun namizədliyi irəli sürülüb. Parlamentdəki CHP qrupu Təkin Bingölü, İYİ Partiyası isə Cihan Paçaçını namizəd kimi göstərib.
Seçki saat 14:00-da (Bakı vaxtı ilə 15:00) keçiriləcək. Səsvermə gizli olacaq.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var