Bu ildən Azərbaycan dili və Ədəbiyyat fənni üzrə dərs deyən müəllimlər sertifikasiyada iştirak etməli olacaqlar.
BUTA.TV Bakı.vs-ə istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov danışıb.
Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi üçün 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib:
"Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 20-dən 24-dək keçiriləcək. Test imtahanından uğurla keçən müəllimlərin avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub. Müsahibə mərhələsində qaydalarda nəzərdə tutulan meyarlar üzrə müəllimlərin ünsiyyət bacarıqları, sinfin idarə olunması, digər meyarlar üzrə qiymətləndirmə aparılacaq.
Sentyabr ayından etibarən prosesdən uğurla keçən müəllimlərin əmək haqlarında müvafiq olaraq 10-35 faiz artımlar tətbiq ediləcək".
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var