Türkiyənin Zəfər Partiyasının sədri Ümid Özdağ prezident seçkilərinin ikinci turu öncəsi dəstək qarşılığında hakimiyyətdən vəzifə istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə ATA İttifaqının prezident seçkilərində keçmiş namizədi Sinan Oğan danışıb.
O bildirib ki, prezident seçkilərinin ikinci turunda Cümhur İttifaqına dəstək verəcəyini Ü.Özdağa söyləyib, Özdağ isə iqtidarla görüş istəyib:
"Mən də Özdağın bu istəyini qarşı tərəfə çatdırdım. Prezident Rəcəb Tayyib Ərdoğan Numan Qurtulmuşu Özdağla görüş üçün göndərdi. Özdağın dəstək qarşılığında nazirlik tələbi oldu. Bu tələbi qəbul edilmədi və Daxili İşlər Nazirliyində vəzifə tələbini irəli sürdü. Bu tələbi də qarşılanmadığı üçün dəstək (Cümhur İttifaqına - red.) vermədi".
Qeyd edək ki, ATA İttifaqının aparıcı partilası olan Zəfər Partiyası prezident seçkilərinin ikinci turunda Millət İttifaqına dəstək vermişdi.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var