Fransada pensiya islahatına qarşı ümummilli etiraz nümayişi keçirilir.
BUTA.TV xəbər verir ki, Parisdə Montparnasse prospektindəki “La Rotonde” restoranı yaxınlığında pensiya islahatı əleyhinə etirazçılar və polis arasında qarşıdurma olub.
Qeyd edək ki, Prezident Emmanuel Makron 2017-ci ildə ilk dəfə prezident seçildikdən sonra qələbəsini məhz “La Rotonde” restoranında qeyd etmişdi. Belə bir fikir dolaşır ki, bu restoran elə E.Makrona məxsusdur. Buna görə də nümayişçilər restoranın vitrinini sındırmağa cəhd ediblər. Polis restoranın ətrafını mühasirəyə alaraq qoruyub. Nümayişçiləri dağıtmaq üçün su şırnağından da istifadə edilib.
Polis Parisdə səhər saatlarında 2700 yoxlama apardığını və 14 nəfərin dindirildiyini bildirib. Həmçinin, polis müvəqqəti saxlanılanların da olduğunu söyləyib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var