Bakıda intihara cəhdin qarşısı alınıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Belə ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu körpünün üzərinə çıxaraq intihara cəhd edir.
Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var