Güney Azərbaycanın Germi və Biləsuvar bölgəsində güclü yağışlardan sonra baş verən sel və daşqınlar nəticəsində onlarla kəndə ciddi ziyan dəyib.
BUTA.TV xəbər verir ki, bu barədə Biləsuvar şəhərinin fərmandarı Sahibəli Əsgəri məlmat verib.
Onun sözlərinə görə, rayonun 25 kəndinin yol və elektrik sisteminə, onlarla yaşaşış evinə ciddi ziyan dəyib, kəndlilərin mal-qaraları tələf olub:
"Göytəpə, Əkbərdavud, Muradlı, Odlu, Günpapaq, Qara Qasımlı kəndlərində zərərlər daha çoxdur. Çox sayda ailə başqa bölgələrə təxliyə edilib".
Yerli fəallar isə xüsusilə Germinin Məcidli kəndində əhalinin vəziyyətinin ağır olduğunu, əlaqədar hökumət qurumlarının zərər çəkən kəndlilərə yetərli yardım etmədiklərini yazıblar.
- Metroda problem: Taksi şirkətləri qiymətləri artırdı
- Birbank və Visa ilə DÇ-2026-nın final oyununda iştirak şansı...
- Metro nasazlığı Bakıda sıxlıq yaratdı - Foto
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi