Qeyri-sabit hava şəraiti Ağdamda fəsadlar törədib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, küləklə başlayan yağış rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektrik naqillərinə zərər vurub.
Rayonun Qaradağlı kəndində isə külək ağacı avtomobilin üstünə aşırıb. Belə ki, Xəqani Məmmədov Rəhbər oğlu özünə məxsus VAZ 2106 markalı avtomobillə hərəkətdə olan zaman ağac avtomobilin üzərinə aşıb. Maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
Qeyd edək ki, hazırda Ağdamın bir çox kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi
- Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
- “DH Volley” gümüş medal qazandı - Video
- Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı