Hər yer sahibsiz küçə itləri ilə doludur... İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?
BUTA.TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxışı edərkən deyib.
Deputat ağcaqanadların çox olmasından da şikayətlənib:
“Əvvəl sovet dönəmində tez-tez dezinfeksiya tədbirləri görürdülər, ancaq indi belə deyil. Nəinki regionlarda, hətta Bakıda belə yaşadığım ərazidə ağcaqanad əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var. Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”.
- Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto