Çeçenistan rəhbəri Rusiyadan qisas almalıdır, Ukraynadan deyil.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Kadırov Moskvadan, şəxsən Putindən qisas almalıdır, Ukraynadan deyil. Çeçenləri ruslar öldürüb və məhv ediblər. Çeçen torpağına əsarət gətirən, minlərlə qadın və uşağı qətlə yetirilən və işgəncələrə məruz qoyan, şəhərləri dağıdan, əcdadlarının məzarlarını murdarlayan ruslar idi. Qroznını sakinləri ilə birlikdə yerlə bir edən ukraynalılar deyildi, rus tankları idi. Çeçen xalqı bunu yaxşı xatırlayır, kimsə unudubsa, xatırlaması lazımdır”, - Danilov bildirib.
Qeyd edək ki, Ukraynanın Moskvaya 25-yə yaxın dronla hücum etməsinə cavab olaraq Kadırov Kiyevdən qisas alacağını açıqlayıb.
- Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto