Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə bir sıra yüksək vəzifəli məmurların həbsi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
İddiaya görə, bu barədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan parlamentdə büdcənin icrası ilə bağlı qapalı müzakirələr zamanı deyib.
“Abazyanın iştirakı ilə keçirilən görüşdə əsas müzakirə mövzularından biri narkotik mövzusu olub. O, parlamentarilərlə söhbətində etiraf edib ki, ölkədə narkotik alveri çoxalıb və daha çox gənclər narkotikdən istifadə edir. Abazyan bildirib ki, yaxın vaxtlarda hansısa formada bu bizneslə məşğul olan bir sıra məmurların həbsi gözlənilir”, - xəbərdə qeyd edilib.
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi
- Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
- “DH Volley” gümüş medal qazandı - Video
- Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı