Rəcəb Tayyib Ərdoğan ikinci turda böyük fərqlə qalib gələcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin “Optimar” araşdırma mərkəzinin sahibi Hilmi Daşdəmir deyib.
“Prezident Ərdoğan 53%-dən çox səs alacaq. Türkiyə xalqını çox yaxşı tanıyıram. Bütün fikirlərə baxmayaraq, nəticəyə baxmaq lazımdır. AKP ilk yarananda 34 faiz səs alırdısa, bu gün 1 faiz artaraq 35 faizə çatıb (parlament seçkiləri nəzərədə tutulur – red.). Kılıçdaroğlu hansı seçkidə qalib gələcək? Parlament arifmetikasına baxanda böyük fərqlə Ərdoğan qalib gəlir” , - Daşdəmir bildirib.
Qeyd edək ki, 14 mayda keçirilən prezident seçkilərində qalib müəyyən edilmədiyi üçün 28 mayda seçkilərin ikinci turu keçiriləcək. İkinci turda Türkiyə lideri Ərdoğan və müxalifətin namizədi Kılıçdaroğlu mübarizə aparacaq.
- “İdrak”da müəllimi güllələyən şagird haqda bu xəbər təkzib edildi
- Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? - Video
- Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
- Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı
- Körpə yüksək hərarətdən öldü