ABŞ və Çin sülhə və bəşəriyyətin mövcudluğuna əsas təhlükədir. Çünki onlar bir-biri ilə münaqişə yolunu seçiblər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
Kissincer bildirib ki, iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti son dərəcə təhlükəlidir:
“Və bu, Birinci Dünya müharibəsindən əvvəlki vəziyyətə bənzəyir. Tərəflərdən heç birinin siyasi güzəşt fikri yoxdur və istənilən balanssızlıq fəlakətli nəticələrə səbəb ola bilər. Tayvan ətrafında hipotetik hərbi münaqişə nəticəsində həm adanın özü məhv olacaq, həm də dünya iqtisadiyyatı mikroprosessorlarla təchizat mənbələrini itirəcək. Biz böyük dövlətlər arasında qarşıdurmanın astanasındayıq. Həyəcanı daha da artıran odur ki, tərəflərdən hər biri digər tərəfin strateji təhlükə yaratdığına özünü inandırıb”.
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi