Azərbaycan hökuməti ölkənin Qarabağ bölgəsində yaşayan etnik ermənilərin bərabərhüquqlu vətəndaşlar kimi siyasi, hüquqi, iqtisadi və sosial cəhətdən reinteqrasiyasını təmin etmək əzmindədir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının İslandiyanın Reykyavik şəhərində keçirilən sammitində deyib.
O söyləyib ki, bununla bağlı beynəlxalq sənədlərlə yanaşı, Azərbaycanın Konstitusiyası və qanunvericiliyi də möhkəm əsas təmin edir:
“Keçmiş münaqişənin yaralarını sağaltmaq yolunda olduğumuz üçün ağır hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə görə ədalətin təmin edilməsi həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirmək son dərəcə vacibdir”.
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi