Mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinqdə bildirib.
Görüşdə Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunacaq.
Onun sözlərinə görə, Moskva müzakirələrin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcəyinə ümid edir.
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maşında sıxılı qalmış sürücü xilas edildi - Video