15 sentyabrdan başlayan dərs müddəti ilə sentyabrın 1-dən iyunun 14-dək davam edən dərs müddətini eyniləşdirmək boş və absurd fikirdir.
BUTA.TV xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.
“Birincisi ona görə ki, 1-15 sentyabrda havanın temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir. Bu da dərsə getmək üçün daha əlverişlidir. 1-14 iyunda isə hava daha da istiləşir ki, bu da tədris üçün əlverişsiz olur. Bundan başqa, 1-15 sentyabrda şagirdlər dərsə daha enerjili, həvəsli başlayırlar.
1-14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulublar. Əlavə olunan vaxt isə onlara əlavə yükdür. Bu səbəbdən ən optimal tədris ili 1 sentyabr və 30 may arasıdır. Bu tədris ilinin tətbiqi daha effektiv olar”, - Əsədov bildirib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinq zamanı məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasının məqsədəuyğun olduğunu təklif edib.
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi