Taxıl müqaviləsinin müddətinin uzadılması məsələsində qarşıdan kritik 24 saat gəlir. Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putin arasında danışıqlar mümkündür.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
“Taxılla bağlı razılaşma üçün kritik 24 saat. BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanmış “taxıl dəhlizi”nə dair saziş sabah başa çatır. Moskva razılaşmanın uzadılmasının tərəfdarı olmasa da, Ərdoğanla Putin arasında telefon danışığı olacağı gözlənilir”, - məlumatda deyilir.
Nəşrin məlumatına görə, taxıl müqaviləsi çərçivəsində yarısı qarğıdalı olmaqla 30 milyon ton taxıl daşınıb.
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır