Rusiya gözlənilən əks-hücum əməliyyatını təxirə salmaq üçün Ukrayna ərazisinə daha tez-tez raket zərbələri endirməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini məhv etmək və çaşdırmaq üçün həmişə olduğundan daha çox sursat sərf edir. Həmçinin, Rusiya eyni anda bir neçə istiqamətdən kütləvi zərbələr endirərək Kiyevdəki komanda mərkəzlərini və digər mühüm yerləri hədəfə alır.
Rəsminin sözlərinə görə, Rusiyanın getdikcə daha çox idarə olunan dəqiq silah ehtiyatından istifadə etməsi Ukraynanın xeyrinə ola bilər.
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maşında sıxılı qalmış sürücü xilas edildi - Video