Bu rayonda qaz olmayacaq

09:28 - 17 May 2023 - GÜNDƏM

 Bu rayonda qaz olmayacaq

Bu gün Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi QPS qolu” qaz kəmərində siyirtmənin quraşdırılması ilə bağlı mayın 17-də saat 10:00-dan təmir işləri başa çatanadək “Ağcabədi” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda yaşayış evi yanır - Video

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol