Türkiyədə 28 mayda keçiriləcək II tur seçkilərindən bir gün sonra – 29 may tarixi İstanbulun fəthinin ildönümüdür: Ərdoğanın böyük səslə qazanacağı və qələbəni fəth günündə qeyd edəcəyi müzakirə olunur.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı deyib.
O bildirib ki, müxalifət düşərgəsindəki vəziyyət isə ürəkaçan deyil:
“Qarşılıqlı ittihamlar var, xüsusilə Kamal Kılıçdaroğlunun namizədliyinin əvvəldən yanlış olduğu qeyd olunur, seçki axşamı və sonrasında sərgilədiyi performans tənqid edilir; Kılıçdaroğlu iqtidarın 50+ səs ala bilməməsini “etibar səsini itirməsi” kimi təqdim etsə də, müxalif düşərgədəkilər belə Ərdoğanın ən nüfuzlu vaxtında 52 faiz səs aldığını, bu qədər problemlərə rəğmən cəmi 2,5 faiz səs itirdiyini deyirlər; Və II turda ciddi səs üstünlüyü ilə qazanacağı fikrini əks düşərgədə səsləndirənlərin də sayı artır.
Kılıçdaroğlunun öz düşərgəsində tənqid edilməsi qazandığı 45 faiz səsin II turda azala biləcəyi gözləntisini önə çıxarır”.
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir