Azərbaycanın Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsindən məmnunluq ifadə edilib.
Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi yüksək qiymətləndirilib.
Misir Ərəb Respublikası prezidentinin cari ilin yanvar ayında ölkəmizə baş tutmuş səfəri xatırlanaraq iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir