Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.
BUTA.TV "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Qız deyib ki, 3-cü sinfə qədər dərsə gedib, sonra valideynləri oxumağına icazə verməyib:
"Nişanlanmaq istəmirəm, oxumaq istəyirəm. Onlar istədilər, məndən icazə almadılar. Heç oğlanla danışmıram, istəmirəm".
Qızın anası isə "Həyat yoldaşımın psixoloji problemi var və həbsxanadadır. Hər zaman deyir ki, həbsdən çıxan kimi onu öldürəcəyəm. Anam da xəstədir, uşağa kim baxacaq? Bilirəm ki, cinayət işi daşıyıram" sözlərini söyləyib.
Qadın deyib ki, nişan indi olsa da, toy üçün övladının yaşının tamam olmasını gözləyəcəklər.
Oğlanın anası isə "Nişanlanmaq evlənmək deməkdir? Gözləyəcəyik yaşı tamam olsun sonra toy edək. Yiyəsi, anası və nənəsi verdi, mən də aldım. Dedilər ki, sahibsiz qızdır, başqası aparıb başına bir iş açar. Başqası nəsə edincə, ad olsun sizinki. Anası baldızımdır. Oğlumun bir arvadı olub, beşi olmayıb ki... Arvadı oturmadı, qaçıb getdi" sözlərini əlavə edib.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq