Qlobal münaqişədə Rusiya deyil, müstəsnalıq iddiaları ilə çıxış edən NATO ölkələrinin siyasəti itirdi.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynaya qarşı müharibəni geosiyasi baxımdan artıq uduzması ilə bağlı şərhinə cavab olaraq deyib.
Medvedyev bildirib ki, bir il əvvəl NATO ölkələri təhlükəsizlik zəmanəti ilə bağlı Rusiyaya “vaxtı olmadığı üçün” qulaq asmadı:
“İndi isə bütün NATO-ya üzv ölkələr gecələr yatır və səhərlər Rusiyanı düşünərək oyanırlar. Üstəlik, müvəqqəti olaraq işğal olunmuş Polşa və Baltikyanı əyalətlərimiz kimi xüsusilə qorxaq və xəyali ağrılardan əziyyət çəkənlər özlərini çox çirkləndirdilər”.
Qeyd edək ki, Makron "L'Opinion"a müsahibəsində Rusiyanın artıq geosiyasi baxımdan Ukraynaya qarşı müharibəni uduzduğunu və indi Çinin vassal dövlətinə çevrildiyini demişdi.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq