"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifar mərhələsindəki ilk ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, buna səbəb arenada əsas təmirli işlərinin aparılmasıdır. "Köhlən atlar" rəqiblərini başqa arenada, daha doğrusu, ölkə çempionatında ev oyunlarını keçirdiyi, 5800 nəfər tamaşaçı tutumuna malik "Azərsun Arena"da qəbul edəcək.
Bunu "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. Saytımıza açıqlama verən klub rəsmisi bunları deyib:
"Çempionlar Liqasının təsnifat mərhələsindəki ilk iki oyunumuzu "Azərsun Arena"da keçirə bilərik. Tofiq Bəhramov adına Respublika stadionda ot örtüyü yenilənəcək. Ot örtüyü tamamilə yenilənir. Drenaj sistemi və lazım olan bütün yeniləmələr aparılır. Stadionun təsnifat mərhələsinin oyunlarına hazır olmama ehtimalı var. Bizim arenamız - "Azərsun Arena" iki ulduzludur və ilk iki mərhələnin tələblərinə cavab verir. Biz ilk iki oyunu burada oynaya bilərik".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionar Liqasının birinci təsnifat mərhələsindən mübarizə başlayacaq Mərhələnin ilk oyununu 11 və ya 12 iyulda baş tutacaq. Cavab görüşü isə bir həftə sonra keçiriləcək.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq