Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu istiqamətində Ordumuzun bölmələrinə qarşı 10 mayda başlayan və hələ də davam edən təxribatları ilə bağlı “Caliber.az” sensasiya sayıla biləcək məlumat və video paylaşıb.
BUTA.TV xəbər verir ki, yayılan videoda erməni silahlı qüvvələrinin hücum və kəşfiyyat PUA-larını idarə etmək üçün mərkəz kimi mülki avtomobildən istifadə etdiyi görünür (44 günlük müharibə zamanı istifadə edilən köhnə erməni taktikasıdır. Halbuki mülki avtomobildən hərbi məqsədlər üçün istifadə terrorçulara xasdır və beynəlxalq humanitar normaların kobud şəkildə pozulmasıdır). Eynilə, müharibə zamanı erməni tərəfi uşaq bağçasının ərazisindən əməliyyat görüşləri, təcili yardım maşınından isə hərbi məqsədlər üçün istifadə edib.
Sözügedən avtomobil erməni təxribatına Ordumuzun cavab zərbəsi nəticəsində 12 mayda məhv edilib.
Bu maşının dağılma anına diqqət yetirin: onun yanında mülki geyimli, qara gödəkçəli, vurulan avtomobildən sürünərək uzaqlaşan bir adam var. Partlayış yerindən çaxnaşma içində qaçan iki uniformalı erməni əsgərindən fərqli olaraq, qara gödəkçəli şəxs peşəkar təmkin və bacarıq nümayiş etdirir - NATO standartlarına uyğun yüksək hazırlıq hiss etmək olar.
“Caliber” öz mənbələrinə istinadla bildirib ki, söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir. Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssislərin fəaliyyəti yeganə hal deyil, oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb.
Qeyd edək ki, sonradan məhv edilən avtomobildən idarə olunan PUA-nın zərbəsi nəticəsində hərbçimiz Orxan Novruzəlizadə məhz həlak olub.
Xatırladaq ki, bundan əvvəl Fransa Ermənistana yeni hərbi attaşe təyin etməsi haqda məlumat yayılmışdı.
Fransız hərbi attaşesi Fransanın Ermənistana öldürücü silahların tədarükünə nəzarət edəcək. Belə ki, Fransa Prezidenti Emmanuel Makron şəxsən Parisin Ermənistana öldürücü silahların verilməsi ilə bağlı hərbi-siyasi qərarını dəstəkləyib.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq