Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “KURTARAN-2023” adlı təlimlər başlayıb.
BUTA.TV xəbər verir ki, təlimlərdə qardaş ölkənin Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Qüvvələri iştirak edirlər.
Şərqi Aralıq dənizində keçirilən təlimlərə Azərbaycan və daha 15 xarici ölkədən ümumilikdə 41 hərbçi qatılır. Həmin dövlətlər arasında Avstriya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, BƏƏ, Əlcəzair, İndoneziya, Cənubi Afrika, Qətər, Malaziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Oman var.
Təlimlər çərçivəsində müxtəlif tapşırıqlar və maneverlər icra olunur.
Təlimlərin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və 31 ölkədən 32 hərbi atteşə iştirak edib.
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto