Yaxın vaxtlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun birinci müavini vəzifəsinə yeni təyinat gözlənilir.
32gun.az-ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə hazırda Salyan RİH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanı ilə iş şöbəsinin müdiri vəzifəsində çalışan Vahid Vahidov gətirilir.
Əldə etdiyimiz məlumata görə, Vahid Vahidov Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun yaxın qohumudur. Vahid Vahidovun yeni vəzifəyə Vaqif Axundovun təqdimatı ilə gətiriləcəyi deyilir.
Qeyd edək ki, hazırda Salyan rayon İcra Hakimiyyəti Başçının birinci müavini vəzifəsi vakantdır. Bundan öncə Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Etibar Hüseynov 2022-ci ildə tutduğu vəzifədən azad edilib.
Etibar Hüseyov bu vəzifədə 2004-cü ildən işləyirdi. Xəbərlə bağlı Vahid Vahidovla əlaqə saxlayıb mövqe öyrənməyə çalışsaq da, sorğumuza cavab vermək istəmədi.
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq
- Tahir Budaqov bu vəzifəsindən getdi
- Şahin Bağırov onları rəis təyin etdi
- Qobustan qoruğunda yeni qayaüstü təsvirlər aşkarlandı - Foto
- Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi