ABŞ-ın Nyu York ştatında xüsusi proqram çərçivəsində tüfənglər və əldəqayırma silahlar da daxil olmaqla, 3 mindən çox odlu silah təhvil verilib.
BUTA.TV xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, proqram çərçivəsində silahlar hədiyyə kartları müqabilində toplanır.
Təşəbbüsün məqsədi əhalinin əlində olan silahların miqdarını və bununla da odlu silahla törədilən zorakı cinayətlərin sayını azaltmaqdır. Polis silahını təhvil verən insanlardan heç bir izahat tələb etmir. Vətəndaşlara bir silaha görə 500 dollarlıq, əlavə silahların hər birinə görə isə 150 dollarlıq hədiyyə kartı verilir. Bundan başqa, 3D printerdə çap olunan və ya antik silah üçün də mükafat nəzərdə tutulub.
Hazırda ikisi Nyu York şəhərində olmaqla ştat ərazisində doqquz mübadilə məntəqəsi təşkil olunub.
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
- Azərbaycana 90 sm qar yağdı
- Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
- İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları...
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi