İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 28540:2023 “Suda 16 politsiklik aromatik karbohidrogenlərin (PAH) təyini. Kütlə-spektrometrik aşkarlama ilə qaz xromatoqrafiyasından istifadə üsulu (GC-MS)” dövlət standartı qəbul edilib.
Bu barədə BUTA.TV-a AZSTAND-dan məlumat verilib.
Dövlət standartı 0,005 μq/l-dən yuxarı kütlə konsentrasiyaları olan içməli suda və yeraltı sularda, 0,01 μq/l-dən yuxarı kütlə konsentrasiyası olan səth sularında ən azı 16 seçilmiş PAH-ın təyini üçün metod müəyyən edir. Dövlət standartı asılı maddə miqdarı 150 mq/l-ə qədər olan su nümunələri üçün də istifadə edilə bilər. Bu üsul bəzi dəyişikliklər edilərək tullantı sularının analizi üçün də uyğundur. Bu metod hər bir hal üçün təsdiqlənməsi şərti ilə digər PAH-lara da tətbiq oluna bilər.
Yeni standart "Ekologiya” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 09) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
- Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
- Azərbaycana 90 sm qar yağdı
- Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
- İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları...
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi