Xəbər verdiyimiz kimi, “TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada İkinci Qarabağ müharibəsinin qazisi Taleh Camalovla görüşüb.
BUTA.TV xəbər verir ki, qazimiz həmin anları Xəzər xəbər-lə bölüşüb:
"Necə doğma hiss ilə öpdü, qucaqladı. Mehriban xanım dedi ki, mən sizin bacınızam. Allah Vətənimizi qorusun".
Qeyd edək ki, həmin vaxt “Teknofest”də iştirak edən qazi Taleh Camalov və Azərbaycan Prezidenti arasında maraqlı dialoq yaşanıb.
Fulya Öztürk: İkinci Qarabağ müharibəsi qazisi də burada, “TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?
Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.
Prezident İlham Əliyev: Gör nə qədər medalı var. “Xocavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlənməyə görə”, “Xarı bülbül”.
Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.
Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.
Qazi Taleh Camalov: Sizin sayənizdə, Səlcuq Bayraqdar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.
Daha ətraflı videoda:
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq