Baxmutda döyüşən “Vaqner” bölmələri sursat çatışmazlığı səbəbindən şəhərdən çıxa bilər.
BUTA.TV xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.
Onun sözlərinə görə, “Vaqner” komandanlığı Baxmutda hücumun davam etdirilməsinin məqsədəuyğunluğu barədə təcili qərar vermək zərurəti ilə üzləşib.
Priqojin bildirib ki, böyük itkilər səbəbindən vaqnerçilərin şəhərdəki varlığı belə sual altındadır.
O, sursat çatışmazlığı ilə bağlı Rusiya Müdafiə Nazirliyinə çağırış etdiyini də deyib:
“Baxmutda son gülləmizə kimi qalacağıq. Amma bir neçə günlük gülləmiz qalıb. Sursat çatışmazlığı aradan qaldırılmasa, ya şəhərdən çıxacağıq, ya da qalıb öləcəyik. tezliklə bölmələri bu ərazidən çıxaracağıq”.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi