Prezident Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən “Texnofest-2023” festivalında səhhəti haqda danışıb.
BUTA.TV xəbər verir ki, “CNN Türk” kanalının sualına cavab olaraq, Ərdoğan “Allaha şükür, daha yaxşıyam” deyib.
Qeyd edək ki, 25 apreldə yerli kanallara müsahibəsi zamanı Ərdoğan özünü yaxşı hiss etmədiyini bildirmiş və yayım dayandırılmışdı. Az sonra yayım bərpa edilsə də, Ərdoğan izləyicilərdən üzr istəyərək, soyuqladığını demiş və müsahibəni saxlamışdı.
Ərdoğan 3 günlük fasilədən sonra yalnız bu gün ictimaiyyət arasına çıxıb. Bundan öncə Akkuyu AES-ə nüvə yanacağı verilməsi mərasiminə onlayn şəkildə qatılmışdı.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi